1
FİLİPİLİLƏRƏ 2:3-4
Azərbaycan Bibliyası 2008
AZJ08
Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz itaətkarlıqda digərini özündən üstün saysın və yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün.
Compare
Explore FİLİPİLİLƏRƏ 2:3-4
2
FİLİPİLİLƏRƏ 2:5
Məsih İsa necə düşündü, siz də elə düşünün.
Explore FİLİPİLİLƏRƏ 2:5
3
FİLİPİLİLƏRƏ 2:6-8
Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi.
Explore FİLİPİLİLƏRƏ 2:6-8
4
FİLİPİLİLƏRƏ 2:13
Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz.
Explore FİLİPİLİLƏRƏ 2:13
5
FİLİPİLİLƏRƏ 2:9-11
Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin.
Explore FİLİPİLİLƏRƏ 2:9-11
6
FİLİPİLİLƏRƏ 2:14-15
Hər şeyi şikayətlənmədən, mübahisə etmədən yerinə yetirin ki, nöqsansız və saf olaraq bu əyri və azmış nəsil arasında Allahın ləkəsiz övladları olasınız. Onların arasında dünyanın nuru kimi parlayın.
Explore FİLİPİLİLƏRƏ 2:14-15
7
FİLİPİLİLƏRƏ 2:12
Belə isə, ey sevimlilərim, həmişə itaətli olduğunuz kimi yalnız mən yanınızda olanda yox, xüsusən yanınızda olmadığım bu anda belə, qorxu və lərzə ilə xilasınızı əməllərinizdə göstərin.
Explore FİLİPİLİLƏRƏ 2:12
Home
Bible
Plans
Videos