Zəkəriyyə 4
4
Beşinci görüntü: çıraqdan və zeytun ağacları
1Mənimlə danışan mələk geri qayıdıb məni yuxusundan oyanan adam kimi oyatdı. 2#Vəhy 4:5O məndən soruşdu: «Nə görürsən?» Mən dedim: «Büsbütün qızıldan olan bir çıraqdan görürəm. Onun başında zeytun yağı üçün bir qab, üzərində yeddi çıraq, çıraqlarda isə yeddi lülə var. 3#Vəhy 11:4Çıraqdanın yanında isə biri yağ qabının sağında, o biri solunda olmaqla iki zeytun ağacı var». 4Sonra mənimlə danışan mələkdən soruşdum: «Ay ağam, bunlar nədir?» 5Mənimlə danışan mələk «Bunların nə olduğunu bilmirsənmi?» deyə soruşdu. Mən də «yox, ağam» dedim. 6#Ezra 5:2O mənə cavab verdi:
«Zerubbabilə Rəbbin sözü budur:
“Güclə, qüdrətlə yox, yalnız
Mənim Ruhumla iş görəcəksən”
Deyir Ordular Rəbbi.
7Sən kimsən, ey uca dağ?
Zerubbabilin önündə düzənliyə çevriləcəksən.
O “nə gözəldir, nə gözəldir” nidaları altında
Məbədin təpə daşını götürəcək».
8Mənə Rəbbin sözü nazil oldu:
9«Bu evin təməlini Zerubbabilin
əlləri qoydu,
Onun əlləri də bunu sona çatdıracaq.
Onda biləcəksən ki, Ordular Rəbbi
Məni sizin yanınıza göndərib.
10 #
Vəhy 5:6
Bu günü kim əhəmiyyətsiz hesab edə bilər?
Məhz bu gün adamlar
Zerubbabilin əlində şaqulu görəndə sevinəcək.
Bu yeddi çıraq isə Rəbbin bütün yer üzündə dolaşan gözləridir».
11 #
Vəhy 11:4
Mən ondan soruşdum: «Bəs çıraqdanın sağ və solunda olan bu iki zeytun ağacı nədir?» 12Sonra yenə soruşdum: «İki qızıl borucuq vasitəsilə içindən qızıl rəngində yağ axan bu iki zeytun budağı nədir?» 13O məndən soruşdu: «Bunların nə olduğunu bilmirsənmi?» Mən də «yox, ay ağam» dedim. 14O mənə dedi: «Bunlar bütün yer üzünün Sahibinin önündə duran məsh olunmuş iki nəfərdir».
Currently Selected:
Zəkəriyyə 4: MK2012
Highlight
Copy
Compare
Share
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.

: