Mark 3
3
Əli qurumuş adamın şəfası
(Mat. 12:9-14; Luka 6:6-11)
1İsa yenə də sinaqoqa girdi. Orada əli qurumuş bir adam var idi. 2Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə Ona göz qoyurdular ki, görsünlər, bu adama Şənbə günü şəfa verəcək ya yox. 3İsa əli qurumuş adama dedi: «Qabağa çıx!» 4Sonra İsa onlara dedi: «Hansına icazə var, Şənbə günü yaxşılıq, yoxsa pislik etməyə, kiminsə canını xilas etməyə, yoxsa öldürməyə?» Onlarsa susurdu. 5İsa ətrafındakılara qəzəblə baxdı və onların inadkar ürəkli olduqlarına görə kədərlənib o adama dedi: «Əlini uzat!» O, əlini uzatdı və əli əvvəlki halına qayıtdı. 6Fariseylər çıxıb İsanı necə məhv etmək barədə dərhal hirodçularla məsləhətləşdilər.
İsa xəstələrə şəfa verir
(Mat. 4:24-25; Luka 6:17-19)
7İsa şagirdləri ilə birgə gölün bir tərəfinə çəkildi. Onun ardınca isə Qalileyadan böyük izdiham gəldi. 8İsanın etdiklərini eşidəndə Onun yanına Yəhudeyadan, Yerusəlimdən, İdumeyadan, İordan çayının o biri tayından, Sur və Sidon bölgəsindən çoxlu adam gəldi. 9#Mark 4:1; Luka 5:1-3İsa izdiham Onu sıxışdırmasın deyə şagirdlərindən xahiş etdi ki, Onun üçün bir qayıq hazırlasınlar. 10Çünki O, çox adama şəfa vermişdi. Buna görə bütün xəstələr Ona toxunmaq üçün can atırdılar. 11Natəmiz ruhlar İsanı görəndə önündə yerə sərilib ucadan çığırırdılar: «Sən Allahın Oğlusan!» 12Lakin İsa onlara qadağan etdi ki, Onun kim olduğunu deməsinlər.
On İki şagird
(Mat. 10:1-4; Luka 6:12-16)
13İsa dağa çıxaraq Özü istədiyi adamları yanına çağırdı və onlar yanına gəldilər. 14İsa on iki nəfəri həvari adlandıraraq#3:14 Həvari adlandıraraq – bəzi əlyazmalarda bu sözlər yoxdur. təyin etdi ki, bu adamlar Onun yanında olsun, həm də onları vəz etməyə göndərsin, 15həmçinin cinləri qovmaq#3:15 Cinləri qovmaq – bəzi əlyazmalarda xəstəliklərə şəfa vermək və cinləri qovmaq. səlahiyyətinə malik olsunlar. 16Beləliklə, İsa bu on iki nəfəri təyin etdi: Peter adlandırdığı Şimon, 17Bene-Rageş, yəni «İldırım oğulları» adlandırdığı Zavday oğlu Yaqub və Yaqubun qardaşı Yəhya, 18Andrey, Filip, Bartalmay, Matta, Tomas, Halfay oğlu Yaqub, Tadday, Kənançı#3:18 Kənançı – Romalılara qarşı müqəddəs müharibəyə hazırlaşan yəhudi millətçi təşkilatının üzvlərinə verilən ad. Şimon 19və İsaya xəyanət edən Yəhuda İskaryot.
İsa və Baal-Zevul
(Mat. 12:22-32; Luka 11:14-23)
20Sonra İsa evə getdi.#3:20 İsa evə getdi – bəzi əlyazmalarda onlar evə getdilər. Yenə də izdiham yığıldığına görə onlar yeməyə belə, imkan tapa bilmədilər. 21İsanın ailə üzvləri bu barədə eşidəndə Onu aparmağa gəldilər. Çünki fikirləşirdilər ki, O, ağlını itirib. 22#Mat. 9:34; 10:25Yerusəlimdən gələn ilahiyyatçılar isə deyirdilər: «O, Baal-Zevula tutulub, cinlərin başçısının gücü ilə cinləri qovur».
23İsa ilahiyyatçıları yanına çağırıb onlarla bu barədə məsəllərlə danışdı: «Şeytan Şeytanı necə qova bilər? 24Əgər bir padşahlıq öz daxilindən bölünübsə, davam gətirməz. 25Əgər bir ev öz daxilindən bölünübsə, davam gətirməz. 26Şeytan da özünə qarşı qalxıb öz-özünə bölünübsə, davam gətirməz, yalnız axırı çatar. 27Heç kim güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağlamadan malını qarət edə bilməz. Gərək o adamın əvvəlcə əl-qolunu bağlasın, sonra evini qarət etsin.
28 #
Luka 12:10
Sizə doğrusunu deyirəm: bütün günahlar və nə qədər küfr söylənərsə, bəşər övladlarına bağışlanacaq. 29Lakin kim Müqəddəs Ruha küfr edərsə, heç vaxt bağışlanmayacaq və günahı#3:29 Günahı – bəzi əlyazmalarda məhkumiyyəti. boynunda əbədi qalacaq». 30İsa bunu «Onda natəmiz ruh var» dediklərinə görə söylədi.
İsanın anası və qardaşları kimdir?
(Mat. 12:46-50; Luka 8:19-21)
31İsanın anası və qardaşları gəldi. Onlar bayırda durdular və İsanın yanına xəbər göndərib Onu çağırdılar. 32Bir kütlə adam İsanın ətrafında oturmuşdu. Ona xəbər verdilər: «Budur, anan və bacı-qardaşların#3:32 Bacı-qardaşların – bəzi əlyazmalarda qardaşların. bayırda dayanıb Səni istəyirlər». 33İsa onlara cavab verdi: «Mənim anam və qardaşlarım kimdir?» 34Sonra ətrafında oturanlara baxaraq dedi: «Mənim anam və qardaşlarım bunlardır. 35Çünki kim Allahın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur».
Currently Selected:
Mark 3: MK2012
Highlight
Copy
Compare
Share
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.

: