Mikeya 1
1
Samariya və Yerusəlim üçün mərsiyə
1Yəhuda padşahları Yotam,#– 2Pad. 15:32-38; 2Saln. 27:1-7 Axaz#– 2Pad. 16:1-20; 2Saln. 28:1-27 və Xizqiyanın#– 2Pad. 18:1–20:21; 2Saln. 29:1–32:33 dövründə Samariya və Yerusəlim barəsində Moreşetli Mikeyaya görüntü ilə Rəbbin bu sözü nazil oldu.
2Eşidin, ey bütün xalqlar,
Qulaq asın, yer üzü və orada yaşayanlar!
Qoy Xudavənd Rəbb sizə qarşı müqəddəs məbədindən
Şəhadət etsin.
3Budur, Rəbb göylərdəki taxtından enir,
Yer üzünü dağların zirvəsi ilə gəzir.
4Od yanında əriyən mum tək önündə dağlar əriyəcək,
Təpələrdən gələn sellər tək yarğanlar açacaq.
5Bunlar Yaqub övladlarının üsyankarlığına,
İsrail xalqının günahlarına görədir.
Yaqub övladlarının üsyankarlığına görə
Axı kimdir müqəssir? Samariya deyilmi?
Yəhudanın bütpərəstliyinə görə
Axı kimdir təqsirkar? Yerusəlim deyilmi?
6«Buna görə Mən Rəbb Samariyanı yerlə yeksan edəcəyəm,
Yerində üzümlük salınacaq.
Daşlarını dərəyə tökəcəyəm,
Təməllərini açıq qoyacağam.
7Samariyanın bütün oyma bütləri parça-parça olacaq,
Məbədinə verilən hədiyyələr yandırılacaq,
Bütün heykəllərini dağıdacağam.
Axı bu hədiyyələr fahişəlik haqqı ilə yığılmışdı,#1:7 Burada bütpərəst məbədlərində tətbiq olunan mərasim nəzərdə tutulur.
Onlar yenə də fahişələr üçün işlədiləcək».
8Buna görə Mən Mikeya, ağlayıb göz yaşı axıdacağam,
Ayaqyalın, lüt-üryan dolaşacağam,
Çaqqal kimi ulayacağam,
Bayquş kimi səs salacağam.
9Samariyanın yaraları sağalmaz,
Yəhudayadək yayılıb,
Xalqımın darvazalarınadək,
Yerusəlimədək çatıb.
Düşmən Yerusəlimə yaxınlaşır
10Bunu Qatda bildirməyin,
Önlərində ağlamayın.
Bet-Leafrada#1:10 Bet-Leafra – ibrani dilində toz evi. toz-torpaqda yuvarlanın.
11Siz ey Şafir#1:11 Şafir – ibrani dilində xoş. sakinləri,
Lüt-üryan, xəcalət içində əsarətə gedin!
Saananda#1:11 Saanan – ibrani dilində çıxmaq. yaşayanlar oradan çıxa bilməyəcək.
Bet-Esel əhli yas tutacaq,
Köməyini sizdən çəkəcək.
12Marot#1:12 Marot – ibrani dilində acı. əhalisi xeyir arzulasa da,
Rəbb Yerusəlimin darvazasına bəla gətirir.
13Ey Lakiş#1:13 Lakiş – ibrani dilində bir dəstə at sözünə oxşayır. sakinləri, atlarınızı
Döyüş arabalarına qoşun
Sion qızını günaha batırdınız,
İsrailin üsyankarlığına bais oldunuz!
14Buna görə Moreşet-Qata#1:14 Moreşet – ibrani dilində gəlin sözünə oxşayır. cehiz verəcəksiniz,
Akziv#1:14 Akziv – ibrani dilində aldatmaq. şəhəri İsrail padşahlarını aldadacaq.
15Ey Mareşa#1:15 Mareşa – ibrani dilində istilaçı. sakinləri,
Rəbb üzərinizə yenə istilaçı gətirəcək,
Adullam mağarasına İsrailin adlı-sanlı adamları sığınacaq.
16Ey Yəhuda, əziz balalarından ötrü saçını qırx,
Qoy başın kərkəs başı kimi keçəl olsun,
Çünki övladların sürgünə aparılacaq!
Currently Selected:
Mikeya 1: MK2012
Highlight
Copy
Compare
Share
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.

: