Matta 28:12-15
Matta 28:12-15 MK2012
Onlar ağsaqqallarla toplaşıb məşvərət keçirdikdən sonra əsgərlərə çoxlu pul verib dedilər: «Deyərsiniz ki, şagirdləri gecə biz yatanda gəlib Onu oğurlayıblar. Əgər bu xəbər valinin qulağına gedib çatsa, biz onu inandırarıq, sizi də bəladan qurtararıq». Beləliklə, əsgərlər pulu alıb tapşırıldığı kimi etdilər. Bu söz bu günə kimi Yəhudilər arasında yayılmışdır.





