YouVersion Logo
Search Icon

Matta 20

20
Üzüm bağının sahibi barədə məsəl
1Səmavi Padşahlıq səhər erkən durub öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinə bənzəyir. 2O, işçilərlə günü bir dinara razılaşıb onları üzüm bağına göndərdi. 3Üçüncü saat#20:3 Üçüncü saat – hazırkı vaxtla səhər saat doqquz. radələrində çıxıb meydanda işsiz durmuş adamları gördü. 4Onlara da dedi: “Siz də üzüm bağına gedin və haqqınızı düz verərəm”. 5Onlar da bağa getdilər. Altıncı#20:5 Altıncı saat – hazırkı vaxtla günorta saat on iki. və doqquzuncu saat#20:5 Doqquzuncu saat – hazırkı vaxtla günortadan sonra saat üç. radələrində yenə çıxıb belə etdi. 6On birinci saat#20:6 On birinci saat – hazırkı vaxtla günortadan sonra saat beş. radələrində çıxdı və orada duran başqalarını tapıb onlara dedi: “Nə üçün bütün günü burada işsiz durursunuz?” 7“Çünki heç kim bizə iş vermədi” dedilər. Onlara “siz də üzüm bağına gedin”#20:7 Gedin – bəzi əlyazmalarda gedin və haqqınızı alarsınız. dedi.
8 # Lev. 19:13; Qanun. 24:15 Axşam olanda bağ sahibi öz nəzarətçisinə dedi: “İşçiləri çağır və axırıncılardan başlayaraq birincilərə kimi muzdlarını ver”. 9On birinci saat radələrində işə gələnlər adambaşına bir dinar aldılar. 10Birinci gələnlərsə daha çox alacaqlarını düşündülər, lakin onlar da adambaşına bir dinar aldılar. 11Pullarını aldıqları zaman ev sahibinə şikayət edərək dedilər: 12“Bu ən axırıncılar cəmi bir saat işlədilər və sən onları günün ağırlığını və qızmar istisini çəkən bizlərlə bir tutdun”. 13O isə onlardan birinə cavab verib dedi: “Dostum, axı mən sənə haqsızlıq etmədim, sən mənimlə bir dinara razılaşmadınmı? 14Haqqını al, get! Axırıncıya da sənə verdiyim qədər vermək istəyirəm. 15Öz pulumla istədiyimi etməyə ixtiyarım yoxdurmu? Sən mənim comərdliyimə qısqanırsan?” 16#Mat. 19:30; Mark 10:31; Luka 13:30Beləcə də axırıncılar birinci, birincilər isə axırıncı olacaq».#20:16 Olacaq – bəzi əlyazmalarda olacaq; çünki dəvət edilmiş çox, seçilmiş isə azdır (Mat. 22:14).
İsa ölüb-diriləcəyi barədə üçüncü dəfə xəbər verir
(Mark 10:32-34; Luka 18:31-34)
17İsa Yerusəlimə gedərkən yolda On İki şagirdi kənara çağırıb ayrıca onlara dedi: 18«Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edəcəklər; 19ələ salaraq qamçılayıb çarmıxa çəksinlər deyə başqa millətlərə təslim edəcəklər. O, üçüncü gün diriləcək».
Kim üstündür
(Mark 10:35-45)
20O zaman Zavday oğullarının anası oğulları ilə birlikdə İsaya yaxınlaşıb səcdə qılaraq Ondan nə isə dilədi. 21İsa qadından «Sən nə istəyirsən?» deyə soruşdu. Qadın Ona dedi: «Əmr et ki, mənim bu iki oğlum Sənin Padşahlığında biri sağında, biri solunda otursun». 22Amma İsa cavab verib dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içəcəyim kasadan siz də içə bilərsinizmi?»#20:22 Bilərsinizmi? – bəzi əlyazmalarda bilərsinizmi? Mən vəftiz olduğum kimi siz də vəftiz ola bilərsinizmi? (Mark 10:38). Onlar dedilər: «Bilərik». 23İsa onlara dedi: «Mənim içəcəyim kasadan içəcəksiniz.#20:23 İçəcəksiniz – bəzi əlyazmalardaiçəcəksiniz və Mən vəftiz olduğum kimi vəftiz olacaqsınız (Mark 10:39). Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Atam oranı kimlər üçün hazırlayıbsa, onlara veriləcək».
24Bunu eşidən on şagirdin iki qardaşa acığı tutdu. 25#Mat. 23:11; Mark 9:35; Luka 2:25-26İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbərləri onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir. 26Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun. 27Aranızda kim birinci olmaq istəsə, başqalarının qulu olsun. 28Beləcə Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».
İki kor adamın gözləri açılır
(Mark 10:46-52; Luka 18:35-43)
29İsa şagirdləri ilə Yerixodan çıxarkən böyük bir izdiham Onun ardınca getdi. 30#Mat. 9:27Yol kənarında oturan iki kor adam İsanın oradan keçdiyini eşitdikdə «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə bağırdı. 31Camaat onlara qadağan edib susdurmaq istədisə də, onlar «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə daha ucadan bağırdılar. 32İsa dayanıb onları çağırdı və onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?» 33Onlar dedilər: «Ya Rəbb, gözlərimiz açılsın». 34İsanın onlara rəhmi gəldi, gözlərinə toxundu. Həmin an onların gözləri açıldı və İsanın ardınca getdilər.

Currently Selected:

Matta 20: MK2012

Highlight

Copy

Compare

Share

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in