1 Saloniklilərə 3
3
1 #
Həv. 17:15
Buna görə də artıq dözməyib Afinada tək qalmağa razı olduq 2və qardaşımız, Məsihin Müjdəsini yaymaqda Allahın əməkdaşı#3:2 Allahın əməkdaşı – bəzi əlyazmalarda Allahın qulu və bizim əməkdaşımız. olan Timoteyi sizi imanda möhkəmləndirmək və ruhlandırmaq üçün göndərdik. 3Belə ki qoy bu əziyyətlərdən heç kim sarsılmasın. Özünüz bilirsiniz ki, biz bunun üçün təyin olunmuşuq. 4Çünki yanınızda olarkən əziyyət çəkəcəyimizi sizə əvvəlcədən demişdik və bildiyiniz kimi, belə də oldu. 5Buna görə mən artıq dözməyib Timoteyi yanınıza göndərdim ki, imanınızdan xəbərdar olum. Qorxdum ki, sınağaçəkən#3:5 Sınağaçəkən – yəni Şeytan. bəlkə sınaqları ilə sizi yoldan çıxarmış olar və əməyimiz hədər gedər.
Salonikdən şad xəbərlər gəlir
6 #
Həv. 18:5
Amma yanınızdan indicə qayıdan Timotey imanınız və məhəbbətiniz haqqında bizə şad xəbər gətirdi. O dedi ki, siz bizi daim xoş təəssüratla yada salırsınız və biz həsrətinizi çəkdiyimiz kimi siz də həsrətimizi çəkirsiniz. 7Ona görə də, qardaşlar, bütün sıxıntı və əziyyətimizə baxmayaraq, imanınıza görə sizdən təsəlli aldıq. 8Çünki sizin Rəbdə qalmağınız indi bizə həyat verir. 9Allahımız qarşısında sizə görə tam sevincimiz var. Belə olmasaydı, sizə görə Allaha necə şükür edə bilərdik? 10Sizin üzünüzü görmək və imanınızda çatışmayanları tamamlamaq üçün gecə-gündüz səylə dua edirik.
11Qoy Atamız Allah Özü və Rəbbimiz İsa bizim üçün sizin tərəflərə yol açsın. 12Rəbb bir-birinizə və bütün insanlara olan məhəbbətinizi sizə olan məhəbbətimiz tək artırıb-çoxaltsın. 13Belə ki Rəbbimiz İsa bütün müqəddəsləri ilə birgə zühur edəcəyi vaxt Atamız Allahın önündə müqəddəslikdə nöqsansız olmağınız üçün ürəklərinizə qüvvə versin. Amin.
Currently Selected:
1 Saloniklilərə 3: MK2012
Highlight
Copy
Compare
Share
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.

: