1 Peter 5
5
Allahın sürüsü
1 #
Yəh. 21:15-17
Ey aranızda olan ağsaqqallar! Mən də sizin kimi ağsaqqal və Məsihin əzablarının şahidiyəm, zühur edəcək izzətə də şərikəm. Sizə yalvarıram, 2Allahın sizə həvalə etdiyi sürüsünü otarın. Ona zorla yox, könüllü və Allahı razı salan#5:2 Və Allahı razı salan – bəzi əlyazmalarda bu sözlər yoxdur. tərzdə, haqsız qazanca həris olmadan, həvəslə nəzarət edin. 3Sizə tapşırılanlar üzərində ağalıq etməyin, amma sürüyə nümunə olun. 4Baş Çoban zühur etdiyi zaman siz solmayan izzət tacı alacaqsınız.
5 #
Sül. 3:34
Eyni ilə, siz də, ey gənclər, ağsaqqallara tabe olun. Hamınız bir-birinizə itaətkarlıq#5:5 İtaətkarlıq – bəzi əlyazmalarda tabe olaraq itaətkarlıq. göstərin. Çünki «Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərər». 6#Mat. 23:12; Luka 14:11; 18:14Allahın qüdrətli əli altında özünüzü aşağı tutun, onda Allah sizi vaxtı çatanda ucaldacaq. 7#Zəb. 55:22Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır.
8Ayıq durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır. 9Möhkəm imanla ona qarşı durun. Bilin ki, bütün dünyada bacı-qardaşlarınız da eyni cür əzab çəkirlər. 10Siz qısa bir müddət əzab çəkdikdən sonra sizi İsa Məsihdə Özünün əbədi izzətinə çağırmış, hər cür lütf verən Allah Özü sizi bərpa edəcək, möhkəmlədəcək, qüvvətləndirəcək və sarsılmaz təmələ oturdacaq. 11Qüdrət#5:11 Qüdrət – bəzi əlyazmalarda İzzət və qüdrət. əbədi olaraq Onun olsun! Amin.
Cəmiyyətə salamlar
12 #
Həv. 15:22,40 Bu qısa məktubu etibarlı saydığım qardaşımız Sila vasitəsilə sizə yazıram. Sizi həvəsləndirərək şəhadət etdim ki, Allahın həqiqi lütfü budur. Ona bağlı qalın.
13 #
Həv. 12:12,25; 15:37-39; Kol. 4:10; Flm. 23-24 Sizin kimi seçilmiş Babildəki cəmiyyət və oğlum Mark da sizi salamlayır. 14Bir-birinizi məhəbbətlə öpərək salamlayın.
Məsihdə olan hamınıza sülh olsun!
Currently Selected:
1 Peter 5: MK2012
Highlight
Copy
Compare
Share
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.

: