YouVersion Logo
Search Icon

2 TİMOTEYƏ 2:3-8

2 TİMOTEYƏ 2:3-8 AZJ08

Məsih İsanın yaxşı əsgəri kimi mənimlə birgə əzaba qatlaş. Əsgərlik edən insan gündəlik həyatla bağlı işlərə sürüklənməz, ona əmr edən zabiti razı salmağa çalışar. Həmçinin yarışlara qoşulan insan da qaydaya görə yarışmazsa, başına zəfər çələngi qoyulmaz. Zəhmətkeş əkinçinin payına məhsulunun ilk bəhrəsi düşməlidir. Dediklərimə fikir ver. Rəbb söylədiyim hər şeydə sənə anlayış verəcək. Yaydığım Müjdədə açıqlandığı kimi, Davudun nəslindən olub ölülər arasından dirilən İsa Məsihi yadında saxla.

Free Reading Plans and Devotionals related to 2 TİMOTEYƏ 2:3-8