1
Romalilara Məktubu 8:28
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Biz bilirik ki, hər şey birlikdə Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir.
Compare
Explore Romalilara Məktubu 8:28
2
Romalilara Məktubu 8:38-39
Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq.
Explore Romalilara Məktubu 8:38-39
3
Romalilara Məktubu 8:26
Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir.
Explore Romalilara Məktubu 8:26
4
Romalilara Məktubu 8:31
Bəs bunlar barədə nə deyə bilərik? Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər?
Explore Romalilara Məktubu 8:31
5
Romalilara Məktubu 8:1
Deməli, indi Məsih İsada olanlara heç bir məhkumluq yoxdur.
Explore Romalilara Məktubu 8:1
6
Romalilara Məktubu 8:6
Cismani təbiətə uyan fikirlər ölüm, Ruha uyan fikirlərsə həyat və sülh gətirir.
Explore Romalilara Məktubu 8:6
7
Romalilara Məktubu 8:37
Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq.
Explore Romalilara Məktubu 8:37
8
Romalilara Məktubu 8:18
Belə düşünürəm ki, çəkdiyimiz indiki əzablar bizə zahir olacaq izzətlə heç müqayisəyə gəlməz.
Explore Romalilara Məktubu 8:18
9
Romalilara Məktubu 8:35
Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı?
Explore Romalilara Məktubu 8:35
10
Romalilara Məktubu 8:27
Ürəkləri sınayan Allah da Ruhun nə düşündüyünü bilir, çünki Ruh Allahın iradəsinə görə müqəddəslər üçün vəsatətçilik edir.
Explore Romalilara Məktubu 8:27
11
Romalilara Məktubu 8:14
Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır.
Explore Romalilara Məktubu 8:14
12
Romalilara Məktubu 8:5
Cismani təbiətə görə yaşayanlar cismani şeylər barədə düşünür, Ruha görə yaşayanlar isə Ruhla bağlı şeylər barədə düşünür.
Explore Romalilara Məktubu 8:5
13
Romalilara Məktubu 8:32
O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?
Explore Romalilara Məktubu 8:32
14
Romalilara Məktubu 8:16-17
Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq. Əgər Onun övladlarıyıqsa, deməli, həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq.
Explore Romalilara Məktubu 8:16-17
15
Romalilara Məktubu 8:7
Çünki cismani təbiətə uyan fikirlər Allaha qarşı düşmənçilik edir; belə ki bunlar Allahın qanununa tabe deyil və ola da bilməz.
Explore Romalilara Məktubu 8:7
16
Romalilara Məktubu 8:19
Yaradılış Allahın oğullarının zahir olmasını böyük həsrətlə gözləyir.
Explore Romalilara Məktubu 8:19
17
Romalilara Məktubu 8:22
Çünki bilirik ki, bütün yaradılış indiyəcən birlikdə inildəyib doğuş ağrısı çəkir.
Explore Romalilara Məktubu 8:22