1
VƏHY 21:4
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi».
Compare
Explore VƏHY 21:4
2
VƏHY 21:5
Taxtda Oturan dedi: «Budur, Mən hər şeyi yenidən qururam». Yenə dedi: «Yaz, çünki bu sözlər etibarlı və həqiqidir».
Explore VƏHY 21:5
3
VƏHY 21:3
Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq.
Explore VƏHY 21:3
4
VƏHY 21:6
O mənə dedi: «Tamam oldu! Alfa və Omeqa, Başlanğıc və Axır Mənəm. Mən susayana həyat suyunun qaynağından müftə su verəcəyəm.
Explore VƏHY 21:6
5
VƏHY 21:7
Qalib gələn bunları irs alacaq; “Mən ona Allah, o isə Mənə oğul olacaq”.
Explore VƏHY 21:7
6
VƏHY 21:8
Qorxaqların, imansızların, iyrənclərin, qatillərin, əxlaqsızların, sehrbazların, bütpərəstlərin və bütün yalançıların aqibəti isə od və kükürdlə yanan göldə olacaq; bu, ikinci ölümdür».
Explore VƏHY 21:8
7
VƏHY 21:1
Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi.
Explore VƏHY 21:1
8
VƏHY 21:2
Mən müqəddəs şəhərin – yeni Yerusəlimin göydən, Allahın yanından endiyini gördüm. Şəhər öz bəyi üçün bəzədilmiş gəlin kimi hazırlanmışdı.
Explore VƏHY 21:2
9
VƏHY 21:23-24
Şəhərin işıqlanması üçün nə günəşə, nə də aya ehtiyacı var, çünki Allahın ehtişamı oranı işıqlandırır, Quzu da oranın çırağıdır. Millətlər şəhərin işığında gəzəcək, yer üzünün padşahları cah-calalını oraya gətirəcək.
Explore VƏHY 21:23-24