1
Filipililərə 2:3-4
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz itaətkarlıqda digərini özündən üstün saysın və yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün.
Compare
Explore Filipililərə 2:3-4
2
Filipililərə 2:5
Məsih İsa necə düşündü, siz də elə düşünün.
Explore Filipililərə 2:5
3
Filipililərə 2:6-8
Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi.
Explore Filipililərə 2:6-8
4
Filipililərə 2:13
Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz.
Explore Filipililərə 2:13
5
Filipililərə 2:9-11
Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin.
Explore Filipililərə 2:9-11
6
Filipililərə 2:14-15
Hər şeyi şikayətlənmədən, mübahisə etmədən yerinə yetirin ki, nöqsansız və saf olaraq bu əyri və azmış nəsil arasında Allahın ləkəsiz övladları olasınız. Onların arasında dünyanın nuru kimi parlayın.
Explore Filipililərə 2:14-15
7
Filipililərə 2:12
Belə isə, ey sevimlilərim, həmişə itaətli olduğunuz kimi yalnız mən yanınızda olanda yox, xüsusən yanınızda olmadığım bu anda belə, qorxu və lərzə ilə xilasınızı əməllərinizdə göstərin.
Explore Filipililərə 2:12