1
Matta 7:7
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq.
Compare
Explore Matta 7:7
2
Matta 7:8
Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar.
Explore Matta 7:8
3
Matta 7:24
Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir.
Explore Matta 7:24
4
Matta 7:12
İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur.
Explore Matta 7:12
5
Matta 7:14
Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır.
Explore Matta 7:14
6
Matta 7:13
Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur.
Explore Matta 7:13
7
Matta 7:11
Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir!
Explore Matta 7:11
8
Matta 7:1-2
Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək.
Explore Matta 7:1-2
9
Matta 7:26
Bu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız adama bənzəyir.
Explore Matta 7:26
10
Matta 7:3-4
Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!”
Explore Matta 7:3-4
11
Matta 7:15-16
Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar. Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı?
Explore Matta 7:15-16
12
Matta 7:17
Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər.
Explore Matta 7:17
13
Matta 7:18
Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz.
Explore Matta 7:18
14
Matta 7:19
Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar.
Explore Matta 7:19