1
Matta 27:46
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Doqquzuncu saata yaxın İsa uca səslə nida edərək dedi: «Eli, Eli, lema şavaqtani?» Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir.
Compare
Explore Matta 27:46
2
Matta 27:51-52
O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. Yer sarsıldı, qayalar yarıldı. Qəbirlər açıldı, vəfat etmiş bir çox müqəddəsin cəsədi dirildi.
Explore Matta 27:51-52
3
Matta 27:50
İsa yenə uca səslə qışqırıb ruhunu tapşırdı.
Explore Matta 27:50
4
Matta 27:54
İsaya nəzarət edən yüzbaşı və onunla birlikdə olan əsgərlər zəlzələni və baş verən şeyləri gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» deyərək dəhşətə düşdülər.
Explore Matta 27:54
5
Matta 27:45
Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü.
Explore Matta 27:45
6
Matta 27:22-23
Pilat onlara «Elə isə Məsih deyilən İsaya nə edim?» dedi. Onların hamısı «Çarmıxa çəkilsin!» dedilər. Vali «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa «Çarmıxa çəkilsin!» deyə daha ucadan bağırdılar.
Explore Matta 27:22-23