1
Matta 15:18-19
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Ağızdan çıxan şeylərsə ürəkdən çıxar, bunlar da insanı murdar edər. Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar.
Compare
Explore Matta 15:18-19
2
Matta 15:11
Ağıza daxil olan şey insanı murdar etməz, amma insanı murdar edən ağızdan çıxan şeydir».
Explore Matta 15:11
3
Matta 15:8-9
“Bu xalq dodaqları ilə Mənə hörmət edir, Amma qəlbləri Məndən uzaqdır. Boş yerə Mənə səcdə edirlər, İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”».
Explore Matta 15:8-9
4
Matta 15:28
O zaman İsa cavab verib qadına dedi: «Ey qadın! İmanın böyükdür; sənə istədiyin kimi olsun». Onun qızı o saatda sağaldı.
Explore Matta 15:28
5
Matta 15:25-27
Qadınsa yaxınlaşdı və Ona səcdə qılıb dedi: «Ya Rəbb, mənə imdad et». İsa cavab verib dedi: «Uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz». Qadın dedi: «Haqlısan, ya Rəbb! Amma itlər də sahiblərinin süfrəsindən düşən qırıntılardan yeyir».
Explore Matta 15:25-27