1
Luka 6:38
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Verin, sizə də veriləcək: silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək».
Compare
Explore Luka 6:38
2
Luka 6:45
Yaxşı adam ürəyinin yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adamsa pislik xəzinəsindən pis şeylər çıxarır. Çünki ürək doluluğundan ağız danışar.
Explore Luka 6:45
3
Luka 6:35
Sizsə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq və siz Haqq-Taalanın övladları olacaqsınız. Çünki O, nankorlara və pis adamlara da xeyirxahdır.
Explore Luka 6:35
4
Luka 6:36
Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun.
Explore Luka 6:36
5
Luka 6:37
Mühakimə etməyin, siz də mühakimə olunmazsınız. Hökm çıxarmayın, sizə də hökm çıxarılmaz. Başqalarını bağışlayın, siz də bağışlanacaqsınız.
Explore Luka 6:37
6
Luka 6:27-28
Amma sizə deyirəm, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin, sizi lənətləyənlərə xeyir-dua verin, sizi incidənlər üçün dua edin.
Explore Luka 6:27-28
7
Luka 6:31
İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin.
Explore Luka 6:31
8
Luka 6:29-30
Bir üzünə şillə vurana o birini də çevir və üst paltarını aparandan köynəyini də əsirgəmə. Səndən bir şey diləyən hər kəsə ver və sənin malını aparandan geri istəmə.
Explore Luka 6:29-30
9
Luka 6:43
Yaxşı ağac pis bəhrə gətirməz, pis ağac da yaxşı bəhrə gətirməz.
Explore Luka 6:43
10
Luka 6:44
Çünki hər ağac öz bəhrəsindən tanınır. Qaratikandan əncir yığmazlar, tikan kolundan da üzüm dərməzlər.
Explore Luka 6:44