1
Yaqub 3:17
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Amma yuxarıdan nazil olan müdriklik əvvəla safdır, sonra da sülhpərvərdir, mülayimdir, itaətlidir, mərhəmət və xeyirli bəhrələrlə doludur, qərəzsizdir, riyasızdır.
Compare
Explore Yaqub 3:17
2
Yaqub 3:13
Aranızda müdrik və dərrakəli olan varmı? Qoy o öz yaxşı həyat tərzi ilə, müdriklikdən yaranan həlimliklə yaxşı əməllərini göstərsin.
Explore Yaqub 3:13
3
Yaqub 3:18
Sülh yaradanların əkdiyi sülh toxumlarından salehlik bəhrəsi yetişir.
Explore Yaqub 3:18
4
Yaqub 3:16
Çünki harada qısqanclıq və xudbin ehtiras varsa, orada qarışıqlıq və hər cür pis əməl vardır.
Explore Yaqub 3:16
5
Yaqub 3:9-10
Dilimizlə Rəbb Ataya alqış edirik. Dilimizlə də Allahın surətində yaradılmış insanları lənətləyirik. Alqış və lənət eyni ağızdan çıxır. Qardaşlarım, bu belə olmamalıdır.
Explore Yaqub 3:9-10
6
Yaqub 3:6
Dil də oddur. Dil bədən üzvlərimizin arasında haqsızlıq dünyasıdır. O bütün bədənimizi ləkələyir və özü cəhənnəmdən odlandırıldığı kimi həyatımızın gedişatını da odlandırır.
Explore Yaqub 3:6
7
Yaqub 3:8
Amma dili heç bir insan əhliləşdirə bilmir. Dil qarşısıalınmaz bəladır və öldürücü zəhərlə doludur.
Explore Yaqub 3:8
8
Yaqub 3:1
Qardaşlarım, bildiyiniz kimi biz müəllimlər daha ciddi bir mühakimədən keçəcəyik. Bu səbəbə görə də çoxunuz müəllim olmayın.
Explore Yaqub 3:1