1
İbranilərə 10:25
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Bəzi adamların vərdiş etdiyi kimi birgə yığışmağımızı tərk etməyək. Lakin qiyamət gününün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq.
Compare
Explore İbranilərə 10:25
2
İbranilərə 10:24
Bir-birimizi məhəbbətə və xeyirxah əməllər etmək üçün necə həvəsləndirmək haqqında fikirləşək.
Explore İbranilərə 10:24
3
İbranilərə 10:23
Ümid verən əqidədən möhkəm tutaq, çünki vəd verən Allah sadiqdir.
Explore İbranilərə 10:23
4
İbranilərə 10:36
Çünki Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi almaq üçün sizin tab gətirməyə ehtiyacınız var.
Explore İbranilərə 10:36
5
İbranilərə 10:22
Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq.
Explore İbranilərə 10:22
6
İbranilərə 10:35
Buna görə cəsarətinizi itirməyin, bu cəsarətə görə mükafatınız böyükdür.
Explore İbranilərə 10:35
7
İbranilərə 10:26-27
Həqiqəti dərk edib qəbul edəndən sonra qəsdən günah etməkdə davam etsək, artıq günah üçün qurban qalmır. Lakin mühakimənin və Allahın düşmənlərini yandırıb-yaxan şiddətli alovun dəhşətlə gözlənməsi qalır.
Explore İbranilərə 10:26-27