1
Efeslilərə 6:12
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır.
Compare
Explore Efeslilərə 6:12
2
Efeslilərə 6:18
Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq bütün müqəddəslər üçün dua edin.
Explore Efeslilərə 6:18
3
Efeslilərə 6:11
İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın verdiyi bütün zireh və silahlara bürünün.
Explore Efeslilərə 6:11
4
Efeslilərə 6:13
Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz.
Explore Efeslilərə 6:13
5
Efeslilərə 6:16-17
Bütün bunlara əlavə olaraq şər olanın bütün yanar oxlarını söndürə bilmək üçün iman qalxanını əlinizə götürün. Xilas dəbilqəsini və Ruhun qılıncını, yəni Allahın kəlamını götürün.
Explore Efeslilərə 6:16-17
6
Efeslilərə 6:14-15-14-15
Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış, barışıq Müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə durun.
Explore Efeslilərə 6:14-15-14-15
7
Efeslilərə 6:10
Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin.
Explore Efeslilərə 6:10
8
Efeslilərə 6:2-3
İçində vəd olan ilk əmr budur: «Ata-anana hörmət et ki, xoş güzəranın və yer üzündə ömrün uzun olsun».
Explore Efeslilərə 6:2-3
9
Efeslilərə 6:1
Ey övladlar, Rəbdə olduğunuza görə ata-ananıza itaət edin. Bu haqdandır.
Explore Efeslilərə 6:1