1
Həvarilərin İşləri 1:8
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız».
Compare
Explore Həvarilərin İşləri 1:8
2
Həvarilərin İşləri 1:7
İsa cavab verdi: «Atanın hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil.
Explore Həvarilərin İşləri 1:7
3
Həvarilərin İşləri 1:4-5
İsa onlarla duz-çörək kəsəndə bu əmri verdi: «Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin. Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız».
Explore Həvarilərin İşləri 1:4-5
4
Həvarilərin İşləri 1:3
Ölüm əzabını çəkəndən sonra həvarilərə çoxlu inandırıcı dəlillərlə Özünü diri olaraq göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Padşahlığı barədə danışırdı.
Explore Həvarilərin İşləri 1:3
5
Həvarilərin İşləri 1:9
İsa bunları deyəndən sonra həvarilərin gözləri qarşısında yuxarı qaldırıldı. Bir bulud İsanı götürüb onlardan gizlədi.
Explore Həvarilərin İşləri 1:9
6
Həvarilərin İşləri 1:10-11
İsa göyə qalxanda onlar səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki kişi onların yanında peyda olub soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq».
Explore Həvarilərin İşləri 1:10-11