1
2 Timoteyə 4:7
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Mən yaxşı mübarizə aparmışam, yolumu sona çatdırdım, imanı saxladım.
Compare
Explore 2 Timoteyə 4:7
2
2 Timoteyə 4:2
Allahın kəlamını vəz edəsən, hansı vaxt olursa-olsun hazır olasan, insanlara tam səbirlə təlim öyrədərək məzəmmət, xəbərdarlıq və nəsihət verəsən.
Explore 2 Timoteyə 4:2
3
2 Timoteyə 4:3-4
Çünki elə bir zaman gələcək ki, sağlam təlimə dözməyəcəklər. Qulaq oxşayan sözlər eşitmək üçün ətraflarına öz ehtiraslarına uyğun müəllimlər toplayacaqlar. Qulaqlarını həqiqətdən döndərəcək, əfsanələrə meyl göstərəcəklər.
Explore 2 Timoteyə 4:3-4
4
2 Timoteyə 4:5
Amma sən hər vəziyyətdə ayıq ol. Əzaba qatlaş, müjdəçilik işini yerinə yetir, öz xidmətinə tam əməl et.
Explore 2 Timoteyə 4:5
5
2 Timoteyə 4:8
İndi salehlik tacı mənim üçün hazır durur. Ədalətli Hakim olan Rəbb qiyamət günü onu mənə – yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək.
Explore 2 Timoteyə 4:8