1
2 Saloniklilərə 2:3
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Heç kim sizi heç bir şəkildə aldatmasın. Çünki əvvəl üsyan qaldırılaraq həlak edilməli qanunsuz adam meydana çıxmayınca o gün gəlməyəcək.
Compare
Explore 2 Saloniklilərə 2:3
2
2 Saloniklilərə 2:13
Bizsə, ey Rəbbin sevdiyi qardaşlar, sizin üçün həmişə Allaha şükür etməliyik. Çünki Allah başlanğıcdan sizi Ruhun təqdisi və həqiqətə iman vasitəsilə xilas üçün seçdi.
Explore 2 Saloniklilərə 2:13
3
2 Saloniklilərə 2:4
O adam, allah adlanan yaxud səcdə edilən hər şeyə qarşı çıxaraq özünü hamıdan üstün tutacaq. Belə ki Allahın məbədində əyləşib özünün Allah olduğunu elan edəcək.
Explore 2 Saloniklilərə 2:4
4
2 Saloniklilərə 2:16-17
Rəbbimiz İsa Məsihin Özü və bizi sevib lütfü ilə əbədi cəsarət və xeyirli ümid verən Atamız Allah sizi ürəkləndirsin, hər yaxşı söz və əməldə möhkəmləndirsin.
Explore 2 Saloniklilərə 2:16-17
5
2 Saloniklilərə 2:11
Buna görə Allah onların üzərinə aldadıcı bir qüvvə göndərir ki, yalana inansınlar.
Explore 2 Saloniklilərə 2:11
6
2 Saloniklilərə 2:9-10
Bu qanunsuz adam Şeytanın fəaliyyətinə əsaslanaraq hər cür yalan möcüzə, əlamət və xariqələrlə və həmçinin hər cür haqsızlığın hiyləsi ilə gələcək ki, həqiqəti sevərək xilas olmaq əvəzinə, bunu rədd etdikləri üçün həlak olacaq insanları aldatsın.
Explore 2 Saloniklilərə 2:9-10
7
2 Saloniklilərə 2:7
Hələ indi də qanunsuzluğun sirli gücü fəaliyyətdədir. Ancaq hələlik həmin gücə mane olan şəxs aradan qalxanadək belə olacaq.
Explore 2 Saloniklilərə 2:7