1
2 Peter 1:3-4
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Bizi Öz izzəti və alicənablığına Çağıranın ilahi gücü Onu tanımağımız vasitəsilə yaşamağımız və mömin olmağımız üçün lazım gələn hər şeyi bizə bəxş etdi. Beləliklə, O bizə çox böyük və dəyərli vədlər verdi ki, bunlar vasitəsilə ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi təbiətə şərik olasınız.
Compare
Explore 2 Peter 1:3-4
2
2 Peter 1:5-7
Elə buna görə də siz bütün səylə imanınıza alicənablıq, alicənablığınıza bilik, biliyinizə nəfsə hakim olmaq, nəfsə hakim olmağınıza dözüm, dözümünüzə möminlik, möminliyinizə qardaşlıq sevgisi və qardaşlıq sevgisinə məhəbbət əlavə edin.
Explore 2 Peter 1:5-7
3
2 Peter 1:8
Çünki əgər bunlar sizdə varsa və artırsa, sizi Rəbbimiz İsa Məsihi tanımaqda fəaliyyətsiz və səmərəsiz olmaqdan qoruyacaq.
Explore 2 Peter 1:8
4
2 Peter 1:10
Beləliklə, ey qardaşlar, çağırıldığınızı və seçildiyinizi təsdiq etmək üçün daha da səy göstərin. Çünki əgər bunu etsəniz, heç vaxt büdrəməzsiniz.
Explore 2 Peter 1:10