1
1 Korinflilərə 15:58
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Beləliklə, ey sevimli qardaşlarım, Rəbdə çəkdiyiniz zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun, sarsılmayın, hər zaman Rəbbin işində səylə çalışın.
Compare
Explore 1 Korinflilərə 15:58
2
1 Korinflilərə 15:57
Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!
Explore 1 Korinflilərə 15:57
3
1 Korinflilərə 15:33
Aldanmayın: «Pis adamlarla ünsiyyət yaxşı əxlaqı pozur».
Explore 1 Korinflilərə 15:33
4
1 Korinflilərə 15:10
Amma indi hər nəyəmsə, Allahın lütfü ilə eləyəm. Onun mənə göstərdiyi lütf əbəs deyildi, çünki mən hamıdan çox zəhmət çəkdim. Əslində mən yox, Allahın mənimlə birgə fəaliyyətdə olan lütfü bu zəhməti çəkdi.
Explore 1 Korinflilərə 15:10
5
1 Korinflilərə 15:55-56
«Ey ölüm, qələbən hanı? Ey ölüm, neştərin hanı?» Ölümün neştəri günahdır, günah isə gücünü Qanundan alır.
Explore 1 Korinflilərə 15:55-56
6
1 Korinflilərə 15:51-52
Baxın sizə bir sirr açmaq istəyirəm: hamımız vəfat etməyəcəyik, amma son şeypur çalınanda bir andaca, bir göz qırpımındaca hamımız dəyişiləcəyik. Çünki şeypur çalınacaq, ölülər çürüməzliklə diriləcək, bizsə dəyişiləcəyik.
Explore 1 Korinflilərə 15:51-52
7
1 Korinflilərə 15:21-22
Ölüm bir insanın vasitəsilə gəldiyinə görə ölülərin dirilməsi də bir İnsan vasitəsilə gəlir. Adəmdə hamı öldüyü kimi Məsihdə də hamı həyata qovuşacaq.
Explore 1 Korinflilərə 15:21-22
8
1 Korinflilərə 15:53
Çünki bu çürüyən bədən çürüməzliyə, bu ölümə düçar olan bədən ölməzliyə bürünməlidir.
Explore 1 Korinflilərə 15:53
9
1 Korinflilərə 15:25-26
Çünki Allah Onun bütün düşmənlərini ayaqlarının altına salanadək O, padşahlıq etməlidir. Aradan götürüləcək son düşmən isə ölümdür.
Explore 1 Korinflilərə 15:25-26