1
1 Korinflilərə 13:4-5
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz, öyünməz, lovğalanmaz, kobudluq etməz, öz xeyrini güdməz, hirslənməz, ona edilən pislikləri sayıb-hesablamaz.
Compare
Explore 1 Korinflilərə 13:4-5
2
1 Korinflilərə 13:7
O hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə dözər.
Explore 1 Korinflilərə 13:7
3
1 Korinflilərə 13:6
Məhəbbət haqsızlığa sevinməz, həqiqətə isə şadlanar.
Explore 1 Korinflilərə 13:6
4
1 Korinflilərə 13:13
İndi isə üç şey qalır: iman, ümid, məhəbbət. Amma bunların arasında məhəbbət üstündür.
Explore 1 Korinflilərə 13:13
5
1 Korinflilərə 13:8
Məhəbbət əsla tükənməz. Amma peyğəmbərliklər sona çatacaq, dillər ənamı da qurtaracaq, bilik də aradan qalxacaq.
Explore 1 Korinflilərə 13:8
6
1 Korinflilərə 13:1
Əgər mən insan və mələk dilləri ilə danışıramsa, lakin məhəbbətim yoxdursa, cingildəyən mis və ya danqıldayan sincəm.
Explore 1 Korinflilərə 13:1
7
1 Korinflilərə 13:2
Əgər peyğəmbərlik ənamım varsa, bütün sirləri və hər cür biliyi dərk edirəmsə, dağları yerindən tərpədəcək dərəcədə tam imanım varsa, amma məhəbbətim yoxdursa, mən bir heçəm.
Explore 1 Korinflilərə 13:2
8
1 Korinflilərə 13:3
Əgər bütün var-dövlətimi paylayıb yoxsulları doyduraramsa və bədənimi oda təslim edərəmsə, lakin məhəbbətim yoxdursa, bunun mənə heç bir xeyri yoxdur.
Explore 1 Korinflilərə 13:3
9
1 Korinflilərə 13:11
Mən körpə olanda körpə kimi danışır, körpə kimi dərk edir, körpə kimi düşünürdüm. Boya-başa çatdıqda isə körpə fikirlərimi tərk etdim.
Explore 1 Korinflilərə 13:11