Buna görə Əyyub durub cübbəsini yırtdı, saç-saqqalını kəsdi, yerə sərilib səcdə etdi. O belə dedi:
«Bu dünyaya çılpaq gəlmişəm,
Çılpaq da gedəcəyəm.
Verən də Rəbdir, alan da Rəbdir.
Rəbbin isminə alqış olsun!»
Bütün bu hadisələr baş verərkən Əyyub özünə günah qazanmadı və Allahı təqsirləndirmədi.