«Firon sizə “məni inandırmaq üçün bir möcüzə göstərin” deyəndə Musa Haruna desin: “Öz əsanı götürüb fironun önündə yerə at ki, ilana dönsün”».
Musa və Harun fironun yanına gəlib Rəbb necə əmr etmişdisə, elə də etdilər. Harun öz əsasını fironun və onun əyanlarının qarşısında yerə atdı və əsa ilana döndü.