1
ÇIXIŞ 15:26
Azərbaycan Bibliyası 2008
AZJ08
«Əgər siz Allahınız Rəbbin səsinə qulaq asıb Onun gözündə doğru olsanız, Onun əmrlərini dinləyib bütün qanunlarına riayət etsəniz, Misirlilərə verdiyim xəstəliklərin heç birini sizə verməyəcəyəm. Çünki sizə şəfa verən Rəbb Mənəm».
Linganisha
Chunguza ÇIXIŞ 15:26
2
ÇIXIŞ 15:2
Rəbb qüvvətim, məzmurumdur, O məni xilas etdi. Rəbb mənim Allahımdır, Ona həmd edəcəyəm. Atamın Allahıdır, Rəbbi yüksəldəcəyəm.
Chunguza ÇIXIŞ 15:2
3
ÇIXIŞ 15:11
Ya Rəbb, allahlar arasında Sənin kimisi varmı? Müqəddəslikdə əzəmətli, zəhmli və alqışlara layiq, Möcüzələr yaradan Sənin kimisi varmı?
Chunguza ÇIXIŞ 15:11
4
ÇIXIŞ 15:13
Məhəbbətinlə qurtardığın xalqa Sən yol göstərdin. Müqəddəs məskəninə Öz gücünlə apardın.
Chunguza ÇIXIŞ 15:13
5
ÇIXIŞ 15:23-25
Maraya çatdılar, lakin oranın suyunu içə bilmədilər, çünki çox acı idi. Buna görə də o yer Mara adlanır. Xalq «Nə içək?» deyə Musadan giley-güzar etdi. Musa Rəbbə fəryad etdi və Rəbb ona bir ağac göstərdi. Musa onu suya atdı və su şirin oldu. Orada İsrail övladlarını sınağa çəkdiyi yerdə Rəbb onlar üçün qayda-qanun qoyaraq dedi
Chunguza ÇIXIŞ 15:23-25
Nyumbani
Biblia
Mipango
Video