ÇIXIŞ 15:23-25
ÇIXIŞ 15:23-25 AZJ08
Maraya çatdılar, lakin oranın suyunu içə bilmədilər, çünki çox acı idi. Buna görə də o yer Mara adlanır. Xalq «Nə içək?» deyə Musadan giley-güzar etdi. Musa Rəbbə fəryad etdi və Rəbb ona bir ağac göstərdi. Musa onu suya atdı və su şirin oldu. Orada İsrail övladlarını sınağa çəkdiyi yerdə Rəbb onlar üçün qayda-qanun qoyaraq dedi


