Chapa ya Youversion
Ikoni ya Utafutaji

ÇIXIŞ 22

22
Əmlak haqqında hökmlər
1Bir adam mal-qara yaxud qoyun-keçidən oğurlayıb kəsər yaxud satarsa, qoy o adam mal-qara əvəzinə beş heyvan, qoyun-keçi əvəzinə dörd heyvan verib zərəri ödəsin. 2Əgər gecə oğru birinin evinə girərkən yaxalanıb öldürülsə, qoy qanı batsın. 3Əgər hadisə gün doğandan sonra baş versə, qan tökən müqəssir sayılsın. Oğru zərəri ev yiyəsinə ödəməlidir. Əgər oğrunun zərəri ödəməyə gücü çatmırsa, qoy oğurluğuna görə özü satılsın. 4Əgər oğurlanan mal-qara, eşşəklər ya qoyun-keçi oğrunun əlində diri tapılsa, qoy oğru zərəri ikiqat ödəsin.
5Bir adam öz tarlasında yaxud üzüm bağında otardığı heyvanları başqa adamın tarlasına otlamağa buraxarsa, o adam öz tarlasının yaxud üzüm bağının ən yaxşı barından zərəri ödəsin.
6Alışan od kollara düşüb dərz, əkin yaxud tarlanı məhv edərsə, yanğını yandıran adam zərəri ödəməlidir.
7Bir adama saxlamağa verilən gümüş yaxud əşya onun evindən oğurlanarsa və oğru tapılarsa, zərəri ikiqat ödəsin. 8Əgər oğru tapılmasa, evin sahibi Allahın hüzuruna yaxınlaşıb and içsin ki, başqa adamın əmanətinə xəyanət etməyib.
9Hər hansı itmiş bir əşya – mal-qara, eşşək, qoyun-keçi, paltar barədə “bu mənimdir” deyən iki tərəfin mübahisəli işi Allahın hüzuruna gətirilməlidir; Allahın haqsız çıxardığı adam o birisinə zərəri ikiqat ödəməlidir.
10Bir adama saxlamağa verilən başqa adamın eşşəyi, mal-qarası, qoyun-keçisi yaxud başqa bir heyvanı heç kəs görmədən ölər, yaralanar yaxud aparılarsa 11bu adamlar arasında Rəbbin adına içilən and olsun ki, biri o birisinin əmanətinə xəyanət etməyib. Qoy heyvanın sahibi bunu qəbul etsin, ona zərəri ödəməsin. 12Əgər heyvan həmin adamdan oğurlanıbsa, onu saxlayan adam zərəri sahibinə ödəsin. 13Əgər heyvanı vəhşi heyvan parçalayıbsa, onu saxlayan adam parçalanan heyvanı sübut kimi sahibinə gətirsin, zərərini isə ödəməsin.
14Bir adamın borc aldığı heyvan sahibinin yanında olmayanda yaralanar yaxud ölərsə, o adam zərəri ödəməlidir. 15Əgər heyvanın sahibi yanındadırsa, zərər ödənməməlidir. Əgər heyvan muzdla tutulubsa, zərər muzd haqqına daxil edilir.
Əxlaqi və dini hökmlər
16 # Qanun. 22:28-29 Bir adam nişanlı olmayan bakirə qızı tovlayıb onunla yaxınlıq edərsə, qıza görə başlıq verib onu özünə arvad etməlidir. 17Əgər qızın atası onu o adama ərə verməyə qəti razı deyilsə, o adam bakirə qızların başlığına müvafiq məbləğdə pul ödəsin.
18 # Qanun. 18:10-11 Cadugər qadın sağ qalmasın.
19 # Lev. 18:23; 20:15-16; Qanun. 27:21 Heyvanlarla cinsi əlaqəyə girən hər kəs öldürülməlidir.
20 # Qanun. 17:2-7 Rəbdən başqa digər allahlara qurban gətirən adam tamamilə məhv olunsun.
21 # Çıx. 23:9; Lev. 19:33-34; Qanun. 24:17-18; 27:19 Qərib adama nə haqsızlıq, nə də zülm edin, çünki siz özünüz də Misir ölkəsində qərib idiniz. 22Heç bir dul qadına və yetimə əziyyət verməyin. 23Əgər bunlardan birinə əziyyət versəniz və o Mənə fəryad etsə, Mən hökmən fəryadını eşidəcəyəm. 24Qəzəblənib sizi qılıncdan keçirəcəyəm. Arvadlarınız dul, uşaqlarınız isə yetim qalacaq.
25 # Lev. 25:35-38; Qanun. 15:7-11; 23:19-20 Xalqıma, yanında yaşayan kasıba pul borc versəniz, onunla sələmçi kimi rəftar etməyin, üstünə sələm qoymayın. 26#Qanun. 24:10-13 Əgər başqasının paltarını girov alırsınızsa, gün batandan əvvəl ona girovu qaytarın. 27Çünki bu paltar onun yeganə örtüyü və əyninin geyimidir. Bəs o adam yatanda nə ilə üstünü örtsün? O Mənə fəryad edəndə səsini eşidəcəyəm, çünki Mən lütfkaram.
28 # Həv. 23:5 Allaha küfr etmə və xalqın başçısına lənət etmə.
29Öz məhsulunu və şirə təqdimlərini Mənə gətirməyini gecikdirmə. İlk oğullarını Mənə həsr et. 30Mal-qaranın və qoyun-keçinin ilk balaları ilə də belə et: yeddi gün onları anaları ilə qoyub, səkkizinci gün Mənə həsr et.
31 # Lev. 17:15 Mənim üçün müqəddəs xalq olun. Məhz buna görə də vəhşi heyvanın çöldə parçaladığı heyvanın ətini yeməyin, onu itlərə atın.

Iliyochaguliwa sasa

ÇIXIŞ 22: AZJ08

Kuonyesha

Shirikisha

Nakili

None

Je, ungependa vivutio vyako vihifadhiwe kwenye vifaa vyako vyote? Jisajili au ingia