İsrail Yusifə xeyir-dua verərək belə dedi:
«Atalarım İbrahimin, İshaqın xidmət etdiyi Allah,
Bu günə qədər mənim qayğıma qalan Allah,
Məni bütün pisliklərdən xilas edən Mələk
Qoy bu uşaqlara da xeyir-dua versin!
Onlar mənim adımla,
Atalarım İbrahim və İshaqın
Adı ilə çağırılsın,
Yer üzündə çoxaldıqca çoxalsın!»