1
VƏHY 19:7
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Gəlin sevinib şad olaq, Onu izzətləndirək! Çünki Quzunun toyu başlayır. Gəlini özünü hazırlayıb
Porównaj
Przeglądaj VƏHY 19:7
2
VƏHY 19:16
Onun paltarının və budunun üstündə bu ad yazılıb: «Padşahların Padşahı və ağaların Ağası».
Przeglądaj VƏHY 19:16
3
VƏHY 19:11
Mən gördüm ki, göy yarılıb və orada bir ağ at var. Onun belində oturan Süvari Sadiq və Haqq adlanır və ədalətlə hökm çıxararaq döyüşür.
Przeglądaj VƏHY 19:11
4
VƏHY 19:12-13
Onun gözləri odlu alova bənzəyir. Başında çoxlu sayda kiçik tac var və üzərində Özündən başqa heç kəsin bilmədiyi bir ad yazılıb. O, qana batmış bir paltar geyinib və Onun adı Allahın Kəlamıdır.
Przeglądaj VƏHY 19:12-13
5
VƏHY 19:15
Onun ağzından millətlərə zərbə vurmaq üçün iti bir qılınc çıxır. O, «dəmir əsa ilə onlara ağalıq edəcək». Külli-İxtiyar Allahın şiddətli qəzəb şərabının hazırlandığı üzümsıxanı Özü tapdalayacaq.
Przeglądaj VƏHY 19:15
6
VƏHY 19:20
Vəhşi heyvan yaxalandı; onun önündə əlamətlər göstərmiş, bunlarla onun damğasını qəbul edib surətinə səcdə edənləri aldatmış yalançı peyğəmbər də yaxalandı. Hər ikisi diri-diri kükürdlə yanan od gölünə atıldı.
Przeglądaj VƏHY 19:20