Malaki 4

4
Rəbbin günü
1Ordular Rəbbi deyir: «Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaq. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq. 2Ancaq adıma hörmət edən sizlər üçün şüalarında şəfa olan salehlik günəşi doğacaq. Tövlədən buraxılan danalar kimi oynayacaqsınız. 3Pis adamları tapdalayacaqsınız. Bu işləri etdiyim gün onlar sizin ayağınızın altında kül olacaq» deyir Ordular Rəbbi.
4«Qulum Musanın qanununu – Xorevdə olarkən bütün İsrail üçün ona verdiyim qaydaları və hökmləri yadda saxlayın. 5#Mat. 11:14; 17:10-13; Mark 9:11-13; Luka 1:17; Yəh. 1:21Rəbbin böyük və dəhşətli günü gəlməzdən qabaq İlyas peyğəmbəri sizin yanınıza göndərəcəyəm. 6O, ataların ürəklərini oğullarına, oğullarının ürəklərini isə atalarına tərəf döndərəcək ki, daha Mən gəlib ölkəni lənətləyib məhv etməyim».

Markert nå:

Malaki 4: MK2012

Marker

Kopier

Sammenlign

Del

None

Vil du ha høydepunktene lagret på alle enhetene dine? Registrer deg eller logg på