1
VƏHY 7:9
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Bundan sonra mən gördüm ki, hər millətdən, hər tayfadan, hər xalqdan və hər dildən olan, heç kəsin saya bilməyəcəyi böyük bir kütlə taxtın və Quzunun önündə dayanıb. Onlar ağ xalat geyinib, əllərində xurma budaqları tutublar.
Porównaj
Przeglądaj VƏHY 7:9
2
VƏHY 7:10
Uca səslə nida edirdilər: «Xilas taxtda oturan Allahımıza və Quzuya məxsusdur!»
Przeglądaj VƏHY 7:10
3
VƏHY 7:17
Çünki taxtın ortasında olan Quzu Onların Çobanı olacaq, Onları həyat suyunun qaynaqlarına aparacaq, Allah onların bütün göz yaşlarını siləcək».
Przeglądaj VƏHY 7:17
4
VƏHY 7:15-16
Buna görə də Onlar Allahın taxtının önündədir, Gecə-gündüz məbədində Ona ibadət edirlər. Taxtda Oturan da Onların üzərində məskən salacaq. Onlar bir daha nə ac, Nə də susuz qalacaq, Günəş və qızmar isti Onları vurmayacaq.
Przeglądaj VƏHY 7:15-16
5
VƏHY 7:3-4
«Biz Allahımızın qullarının alnını möhürləyənə qədər quruya, dənizə və ağaclara ziyan vurmayın». Möhürlənmiş şəxslərin sayını da eşitdim; İsrail övladlarının bütün qəbilələrindən 144 000 nəfər möhürlənmişdi
Przeglądaj VƏHY 7:3-4