1
Yəhya 14:27
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın.
Porównaj
Przeglądaj Yəhya 14:27
2
Yəhya 14:6
İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz.
Przeglądaj Yəhya 14:6
3
Yəhya 14:1
Qoy ürəyiniz təlaşa düşməsin. Allaha iman edin, Mənə də iman edin.
Przeglądaj Yəhya 14:1
4
Yəhya 14:26
Lakin Vəsatətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq.
Przeglądaj Yəhya 14:26
5
Yəhya 14:21
Kim əmrlərimə bağlı qalıb onlara riayət edirsə, Məni sevən odur. Məni sevəni Atam sevəcək. Mən də onu sevib Özümü ona zahir edəcəyəm».
Przeglądaj Yəhya 14:21
6
Yəhya 14:16-17
Mən də Atadan xahiş edəcəyəm və O sizə başqa bir Vəsatətçi göndərəcək ki, daim sizinlə olsun. O, həqiqət Ruhudur. Onu dünya qəbul edə bilməz, çünki Onu nə görür, nə də tanıyır. Sizsə Onu tanıyırsınız, çünki sizinlə qalır və daxilinizdə olacaq.
Przeglądaj Yəhya 14:16-17
7
Yəhya 14:13-14
və Mənim adımla hər nə diləsəniz, onu edəcəyəm ki, Ata Oğulda izzətlənsin. Əgər Mənim adımla Məndən bir şey diləsəniz, onu edəcəyəm.
Przeglądaj Yəhya 14:13-14
8
Yəhya 14:15
Əgər Məni sevirsinizsə, əmrlərimə riayət edəcəksiniz.
Przeglądaj Yəhya 14:15
9
Yəhya 14:2
Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm?
Przeglądaj Yəhya 14:2
10
Yəhya 14:3
Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.
Przeglądaj Yəhya 14:3
11
Yəhya 14:5
Tomas İsaya dedi: «Ya Rəbb, hara gedəcəyini bilmirik, yolu necə tanıya bilərik?»
Przeglądaj Yəhya 14:5