1
Yaqub 1:2-3
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Ey qardaşlarım, müxtəlif sınaqlarla üzləşəndə bunu böyük bir sevinc hesab edin. Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi dözüm yaradır.
Porównaj
Przeglądaj Yaqub 1:2-3
2
Yaqub 1:5
Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək.
Przeglądaj Yaqub 1:5
3
Yaqub 1:19
Beləliklə, ey sevimli qardaşlarım, qoy hər bir adam eşitməkdə cəld, söz söyləməkdə təmkinli və qəzəblənməkdə də təmkinli olsun.
Przeglądaj Yaqub 1:19
4
Yaqub 1:4
Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın.
Przeglądaj Yaqub 1:4
5
Yaqub 1:22
Bu kəlamın icraçısı olun, yalnız eşidənlər olub özünüzü aldatmayın.
Przeglądaj Yaqub 1:22
6
Yaqub 1:12
Sınağa dözən adam nə bəxtiyardır! Çünki sınaqdan keçəndən sonra Rəbbin Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq.
Przeglądaj Yaqub 1:12
7
Yaqub 1:17
hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından gəlir.
Przeglądaj Yaqub 1:17
8
Yaqub 1:23-24
Çünki kəlamı eşidən, amma icraçısı olmayan şəxs güzgüdə öz üzünün cizgilərinə baxan adama bənzəyir: O öz-özünə baxır, kənara çəkilir və dərhal necə olduğunu unudur.
Przeglądaj Yaqub 1:23-24
9
Yaqub 1:27
Ata Allahın hüzurunda pak və nöqsansız möminlik budur: yetimlərə və dullara onların əziyyətlərində qayğı göstərmək və özünü dünyadan qoruyub ləkəsiz olmaq.
Przeglądaj Yaqub 1:27
10
Yaqub 1:13-14
Sınağa düşəndə qoy heç kim «Allah məni sınağa çəkir» deməsin. Çünki Allah pisliklə sınağa çəkilmir və Özü də heç kimi sınağa çəkmir. Lakin hər kəs öz ehtirası ilə aparılıb yoldan çıxarılaraq sınağa çəkilir.
Przeglądaj Yaqub 1:13-14
11
Yaqub 1:9
Qoy həqir qardaş öz ucalığı ilə fəxr etsin
Przeglądaj Yaqub 1:9