1
Efeslilərə 5:1-2
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Beləliklə, sevimli övladlar kimi Allahdan nümunə götürün. Məsih bizi necə sevdisə, Özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün.
Porównaj
Przeglądaj Efeslilərə 5:1-2
2
Efeslilərə 5:15-16
Beləliklə, həyat tərzinizə ciddi diqqət yetirin, müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün. Hər fürsətdən istifadə edin, çünki günlər şərdir.
Przeglądaj Efeslilərə 5:15-16
3
Efeslilərə 5:18-20
Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə Ruhla dolun. Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun, Rəbbə ürəkdən nəğmələr çalıb-oxuyun. Həmişə hər şeyə görə Rəbbimiz İsa Məsihin adı ilə Ata Allaha şükür edin.
Przeglądaj Efeslilərə 5:18-20
4
Efeslilərə 5:17
Buna görə ağılsız olmayın, Rəbbin iradəsini dərk edin.
Przeglądaj Efeslilərə 5:17
5
Efeslilərə 5:25
Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin.
Przeglądaj Efeslilərə 5:25
6
Efeslilərə 5:8
Siz də bir zamanlar zülmət idiniz, indi isə Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün.
Przeglądaj Efeslilərə 5:8
7
Efeslilərə 5:21
Məsih qorxusu ilə bir-birinizə tabe olun.
Przeglądaj Efeslilərə 5:21
8
Efeslilərə 5:22
Ey qadınlar, Rəbbə tabe olduğunuz kimi ərlərinizə tabe olun.
Przeglądaj Efeslilərə 5:22
9
Efeslilərə 5:33
Sizə gəlincə, qoy hər kəs öz arvadını özü kimi sevsin, arvad isə ərinə ehtiram etsin.
Przeglądaj Efeslilərə 5:33
10
Efeslilərə 5:31
«Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq».
Przeglądaj Efeslilərə 5:31
11
Efeslilərə 5:11
qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa edin.
Przeglądaj Efeslilərə 5:11