1
Mark 10:45
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Çünki Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».
Sammenlign
Utforsk Mark 10:45
2
Mark 10:27
İsa onlara baxıb dedi: «Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün yox. Çünki Allah üçün hər şey mümkündür».
Utforsk Mark 10:27
3
Mark 10:52
İsa ona dedi: «Get, imanın səni xilas etdi». Həmin an bu adamın gözləri açıldı və o da İsanın ardınca getdi.
Utforsk Mark 10:52
4
Mark 10:9
Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın».
Utforsk Mark 10:9
5
Mark 10:21
İsa ona məhəbbətlə baxaraq dedi: «Sənin bir şeyin çatışmır: get nəyin varsa, satıb yoxsullara payla. Onda göydə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl».
Utforsk Mark 10:21
6
Mark 10:51
İsa ondan soruşdu: «Nə istəyirsən, sənin üçün edim?» Kor adam Ona dedi: «Rabbuni, gözlərim açılsın».
Utforsk Mark 10:51
7
Mark 10:43
Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun.
Utforsk Mark 10:43
8
Mark 10:15
Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz».
Utforsk Mark 10:15
9
Mark 10:31
Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq».
Utforsk Mark 10:31
10
Mark 10:6-8
Allah yaradılışın başlanğıcından “onları kişi və qadın olaraq yaratdı”. “Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq”. Artıq onlar iki deyil, bir bədəndir.
Utforsk Mark 10:6-8