1
Yaradılış 3:6
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi.
နှိုင်းယှဉ်
Yaradılış 3:6ရှာဖွေလေ့လာလိုက်ပါ။
2
Yaradılış 3:1
Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?»
Yaradılış 3:1ရှာဖွေလေ့လာလိုက်ပါ။
3
Yaradılış 3:15
Mən səninlə qadın arasına, Sənin balanla onun övladı arasına Düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, Sən də onu dabanından sancacaqsan».
Yaradılış 3:15ရှာဖွေလေ့လာလိုက်ပါ။
4
Yaradılış 3:16
Sonra Rəbb Allah qadına dedi: «Hamilə olanda sənə Çox əziyyət verəcəyəm, Uşaqlarını ağrı içində doğacaqsan. Ərinə meylli olacaqsan, O sənə ağalıq edəcək».
Yaradılış 3:16ရှာဖွေလေ့လာလိုက်ပါ။
5
Yaradılış 3:19
Alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, Çünki oradan götürülmüsən, Ona görə ki yerin torpağısan, Torpağa da qayıdacaqsan».
Yaradılış 3:19ရှာဖွေလေ့လာလိုက်ပါ။
6
Yaradılış 3:17
Sonra Rəbb Allah Adəmə dedi: «Arvadının sözünə qulaq asdığın üçün, Qadağan etdiyim, “meyvəsini yemə” dediyim Ağacdan yediyin üçün Sənə görə torpaq lənətlənir. Ömrün boyu zəhmətlə Torpaqdan yemək əldə edəcəksən.
Yaradılış 3:17ရှာဖွေလေ့လာလိုက်ပါ။
7
Yaradılış 3:11
Rəbb Allah dedi: «Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?»
Yaradılış 3:11ရှာဖွေလေ့လာလိုက်ပါ။
8
Yaradılış 3:24
Rəbb Allah insanı qovdu. O, Eden bağının şərqinə keruvlarını və hər tərəfə fırlanan odlu qılıncını qoydu ki, həyat ağacına gedən yolu qorusunlar.
Yaradılış 3:24ရှာဖွေလေ့လာလိုက်ပါ။
9
Yaradılış 3:20
Adəm arvadının adını Həvva qoydu, çünki o, yer üzündə yaşayanların hamısının anası oldu.
Yaradılış 3:20ရှာဖွေလေ့လာလိုက်ပါ။
ပင်မစာမျက်နှာ
သမ္မာကျမ်းစာ
အစီအစဉ်များ
ဗီဒီယိုများ