1
Yəhya 1:12
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi.
موازنہ
تلاش Yəhya 1:12
2
Yəhya 1:1
Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi.
تلاش Yəhya 1:1
3
Yəhya 1:5
Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi.
تلاش Yəhya 1:5
4
Yəhya 1:14
Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük.
تلاش Yəhya 1:14
5
Yəhya 1:3-4
Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. Həyat Onda idi və bu həyat insanların nuru idi.
تلاش Yəhya 1:3-4
6
Yəhya 1:29
Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur!
تلاش Yəhya 1:29
7
Yəhya 1:10-11
O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi.
تلاش Yəhya 1:10-11
8
Yəhya 1:9
Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı.
تلاش Yəhya 1:9
9
Yəhya 1:17
Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi.
تلاش Yəhya 1:17